“Əhməd, sən böyük lider olacaqsan”

ehmed-sen-boyuk-lider-olacaqsan
Oxunma sayı: 1814

ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraaya məktub göndərib.

“Qafqazinfo” “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, məktubda ABŞ lideri Suriyaya və şəxsən onun liderinə dəstəyini bir daha ifadə edib.

İki dövlət başçısı arasında ötən ay Ağ Evdə baş tutan görüşdə çəkilmiş fotonun da əlavə olunduğu məktubu ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Dəməşqdə Şaraaya təqdim edib.

“Əhməd, sən böyük lider olacaqsan, Amerika Birləşmiş Ştatları isə kömək edəcək!” - Tramp məktubunda yazıb.

Xatırladaq ki, ötən ayın əvvəli Ağ Evdə Donald Trampla Əhməd əl-Şaraa arasında qapalı görüş keçirilib. Bu, Suriyanın 1946-cı ildə müstəqillik qazanmasından bəri liderinin Vaşinqtona ilk rəsmi səfəri olub.