Eks-səfirin onunla əlaqəsinə görə vəzifəsini itirə bilər

eks-sefirin-onunla-elaqesine-gore-vezifesini-itire-biler
Oxunma sayı: 591

Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Piter Mandelsonun maliyyəçi Ceffri Epşteyn ilə əlaqəsi Birləşmiş Krallığın Baş naziri Kir Starmerə baha başa gələ bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Spectator” nəşri yazıb.

Məlumata görə, baş nazir üçün əsas təhlükə Mandelsonun Epşteynlə əlaqəsinin təkcə şəxsi söhbətlər əsnasında deyil, həm də Böyük Britaniya parlamentində müzakirə edilməsidir. Deputatlar hesab edirlər ki, bu qalmaqal Starmerə vəzifəsi bahasına başa gələcək.

Güman edilir ki, keçmiş səfirin qalmaqallı maliyyəçi ilə əlaqəsi baş nazirin may ayında keçiriləcək seçkilərdən daha əvvəl “süquta” uğramasına səbəb ola bilər.

Qeyd edək ki, C.Epşteyn ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl isə Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.

Starmer 2025-ci ilin fevralında Mandelsonu ABŞ-yə səfir təyin edib, sentyabrda isə diplomat Epşteynlə əlaqələrinə görə vəzifəsindən azad edilib. Açıqlanmış sənədlərdə diplomatın yazışmalar əsnasında Epşteyni “ən yaxın dost” adlandırdığı və maliyyəçini “şərti azad edilmə üçün mübarizə aparmağa” çağırdığı məlum olmuşdu.