Elazığda zəlzələ ola biləcəyini 4 ay əvvəl demişdi... - Video

Elazığda zəlzələ ola biləcəyini 4 ay əvvəl demişdi...
Oxunma sayı: 4120

Elazığın Sivrice rayonunda baş verən 6,8 ballıq zəlzələdən sonra professor Naci Görürün 4 ay öncə təbii fəlakətlə bağlı verdiyi proqnozlar gündəm olub. 

"Qafqazinfo" xəbər verir ki, o, 2019-cu ilin oktyabrında "CNN Türk" telekanalının qonağı olarkən həmin bölgədə zəlzələ təhlükəsinin olduğunu bildirmişdi.

Şərqi Anadoluda uzun müddət zəlzələ olmadığını xatırladan mütəxəssis riskli bölgələr arasında ötən gün zəlzənin baş verdiyi Elazığın Sivrice rayonunun da adını çəkmişdi.

Qeyd edək ki, son rəsmi məlumata görə, zəlzələ nəticəsində 19 nəfər ölüb, 772 nəfər yaralanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi