Elbrusda ölən alpinistlərin sayı artır - Yenilənib

Elbrusda ölən alpinistlərin sayı artır
Oxunma sayı: 3426

Elbrus dağında 5400 metr yüksəklikdə əlverişsiz hava şəraiti səbəbindən 19 nəfərdən ibarət alpinist qrupu çıxılmaz vəziyyətdə qalıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, alpinistlər rabitə əlaqəsinə çıxaraq kömək üçün müraciət ediblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, alpinistlərdən 3-ü həlak olub, 14-ü sağ tapılıb. Daha 2 nəfərin axtarışları isə davam etdirilir. Axtarışlara 40 nəfər və 12 texniki vasitə cəlb olunub. Əlverişsiz hava şəraiti axtarışları çətinləşdirir.

Qeyd edək ki, alpinist qrupunda əvvəlcə 23 nəfər olsa da, onlardan 4-ü dağa dırmanmaqdan imtina edib.

***

Elbrus dağında (Rusiyanın Kabarda-Balkar Respublikası) əlverişsiz hava şəraiti səbəbindən beş rusiyalı alpinist həlak olub.

Alpinist qrupunun tərkibində 19 nəfər olub. Əlverişsiz hava şəraitində yüksək zirvədə qalan alpinistlər kömək istəyiblər.

Rusiyanın FHN-nin xilasediciləri əraziyə cəlb olunub və onların 14-ü tapılaraq xilas edilib. Onlardan bir neçəsinin vəziyyəti orta-ağırdır.