“Elçibəyin zəhərlənməsi gündəmə niyə gətirilib?” – Sorğu

elcibeyin-zeherlenmesi-gundeme-niye-getirilib-sorgu
Oxunma sayı: 867

Son günlər Azərbaycanda ictimai-siyasi gündəmini eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı xəbərlər tutub. Artıq məsələ ilə bağlı Bakı şəhər Prokurorluğu cinayət işi açıb. Cinayət işi MMP sədri Hafiz Hacıyevin şikayəti əsasında başlanılıb. H. Hacıyev Elçibəyin AXCP-nin hazırkı sədri Əli Kərimli tərəfindən zəhərləndiyini iddia edir. Artıq məsələ ən müxtəlif səviyyələrdə təhlil olunur, rəylər, fikirlər səsləndirilir. Belə bir məqamda “Qafqazinfo” oxucular arasında sorğu keçirməyi lazım bilib. Maraqlıdır ki, bu mövzuda oxucular nə fikirləşir. Sorğuda oxuculara 5 variant təklif olunur. Sorğuda hər İP-dən bir dəfə səs vermək mümkündür. Düşünürük ki, oxucular həm səs verməklə, həm də bu yazıya şərh yazmaqla həqiqətin üzə çıxarılmasına yardımçı ola bilərlər.

Beləliklə, Elçibəyin zəhərlənməsi gündəmə niyə gətirilib?

1. Bu məsələ gec-tez hüquqi müstəvidə həllini tapmalı idi
2. Əli Kərimlinin həbsi üçün
3. Siyasi gündəmi məşğul etmək üçün
4. Sonda Əli Kərimlini qalib etmək üçün
5. Hakimiyyətin 2013 layihəsidir


Saytın sağ köşəsində SORĞU bölməsində səs verin