Eldar Quliyev infarkt keçirdi

eldar-quliyev-infarkt-kecirdi
Oxunma sayı: 2705

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev infarkt keçirib. 

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. 

Bildirib ki, Xalq artisti hazırda Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib:

"Ötən gün infarkt keçirən rejissor sözügedən xəstəxananın kordiloji şöbəsinə aparılıb, vəziyyəti qənaətbəxşdir, insanları tanımaqda çətinlik çəkir". 

Qeyd edək ki, Eldar Quliyevin bu gün 80 yaşı olur.