“Ələkbər Yasamallı 6 aydır Azərbaycanda yaşamır” - Video

elekber-yasamalli-6-aydir-azerbaycanda-yasamir
Oxunma sayı: 6719

Meyxanaçı Ələkbər Yasamallı hazırda Almaniyadadır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prodüser Ataş Hüseyn “Təsir dairəsi” verilişinə bildirib.

“Ələkbər 6 aydır Bakıda yoxdur. O, Almaniyadadır. Orada yaşamaq üçün icazə almaq istəyir”, - o deyib.  

Qeyd edək ki, Ələkbər Yasamallı meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İskəndər Mehtiyevin yaxın qohumudur.