Ələtdə şəhidin anım mərasimi keçirildi - Fotolar

eletde-sehidin-anim-merasimi-kecirildi
Oxunma sayı: 843

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Cavanşir Əhmədovun anım mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər və digər rəsmi şəxslər iştirak ediblər. 

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları rayonun Ələt qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Əhmədov Cavanşir Xeyrulla oğlunun məzarı önünə əklil və gül dəstələri qoyulub.

 Qeyd edək ki, şəhid Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub.2016-cı ildə orta məktəbi bitirərək Bakı İnşaat Kollecinə daxil olmuş və orada təhsil alıb. Cavanşir Əhmədov Vətən müharibəsində döyüşlərdə fəal iştirak edib və Murovdağ zirvəsinin, Cəbrayıl və Zəngilan rayonlarının, həmçinin Hadrut qəsəbəsinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. C.Əhmədov oktyabrın 15-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz oktyabrın 15-də Ələt qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Cavanşir Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərinazad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.