Əli Hüseynli 43 siyasi partiyanın birgə bəyanatından danışdı

Əli Hüseynli 43 siyasi partiyanın birgə bəyanatından danışdı
Oxunma sayı: 2084

"İyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək törətdiyi təxribata qarşı ordumuzun təxirəslınmaz və adekvat cavabı ilə bağlı ictimaiyyətdə nümayiş olunan yüksək həmrəylik Ali Baş Komandan, Prezident İlham Əliyevin hər bir addımının məhz xalqın, ümumilli maraqların iradəsini əks etdiriyini bir daha ifadə edir. Fərqli siyasi baxışlarına baxmayaraq, 43 aparıcı partiyanın bu məsələ ilə bağlı birgə bəyanatı da daxili siyasi mühitin dövlət başçısının atdığı addımları yüksək formada dəstəkləməsinin, ölkədəki siyasi dialoqun münbit inkişafının bariz nümunəsidir”.

"Qafqazinfo" bildirir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Onun sözlərinə görə, siyasi partiyaların birgə bəyanatı ümumilli maraqlar, dövlət təhlükəsizliyi yolunda əsl yerində atılmış, məntiqi addımdır: "Azərbaycan Silahlı Qüvvlərinin hazırlıq səviyyəsinin, peşəkarlığının durmadan inkişaf etdirilməsi Ali Baş Komandanın daim diqətindədir. Cənab Prezidentimizin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın daim bəyan etdikləri kimi, dövlətin əsas prioriteti işğal olunmuş Azərbaycan torpaqlarının bir qarışının da işğalda qalmamasıdır. Bu baxımdan 20-25 ilə bundan əvvələ nəzərə salsaq, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının hazırda müqayisə olunmaz səviyyədə yüksək olması, hərbi arsenalın müqayisə olunmaz dərəcədə zənginləşdirilməsi məhz bu məqəsədə xidmət edir. Ölkə rəhbərinin apardığı siyasətin əsas xətti xalqın rifahı, dövlət təhlükəsizliyinin, milli maraqların hər an və hər məsələdə təmin olunmasıdır. Buna görə də daxili ictimai və siyasi mühitin Prezident İlham Əliyevin dəstəkləməsi yuxarıda qeyd olunan məsələnin məntiqi davamıdır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı siyasət, atdığı addımlar Azərbaycan dövlətinin suverenliyinin, ümumilli maraqların qorunmasının yeganə qarantıdır”. 

"Düşmənin son təxribatları və ona verilən yüksək hazırlıqlı operativ cavab, xalqın və siyasi birliklərin göstərdiyi həmrəylik o deməkdir ki, Ermənistan artıq qarşısında 90-cı illərin əvvəlindəki xaosdan ibarət ölkəni yox, hər sahədə güclü bir Azərbaycanı görür. Belə bir həmrəylik təqdir olunduğu qədər də nümunəvi siyasi modeldir. Bu model, bu iradə qarşısında tezliklə Ermənistanın işğal olumuş torpaqlardan çıxmaqdan başqa çarəsi qalmayacaq”, - Ə.Hüseynli deyib.

Qeyd edək ki, bu gün Azərbaycanın müxalifət də daxil olmaqla, 43 siyasi partiyası birgə bəyanat verib. Bəyanatda Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində gözlənilmədən törətdiyi növbəti təxribata qarşı Azərbaycan Ordusunun peşəkar cavabı ilə bağlı həmrəylik və yüksək qürur ifadə olunub, Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklənir, siyasi partiyaların onun ətrafında sıx birləşməsi bəyan olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi