“Elinanın ölümü bu qədər ucuzdurmu?” - Vəkillər cəzadan narazıdır

“Elinanın ölümü bu qədər ucuzdurmu?”
Oxunma sayı: 2166

Xəbər verdiyimiz kimi, bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib.

“Qafqazinfo” xəbər verir ki, ittiham tərəfinin vəkilləri cəzadan narazılıqlarını ifadə ediblər. Vəkil Sevinc Əliyeva bildirib ki, Sevinc Abbasovanın ev dustağı olması nəzərə alınıb: “Nəticədə 2 il 6 ay azadlıqdan məhdudlaşdırıldı. Bu, biabırçılıqdır. Onun hər iki maddə ilə təqsirli olması birbaşa sübuta yetirilib. İş yetkinlik yaşına çatmayan şəxsin ölümüylə nəticələnib. Baş vermiş hadisənin mahiyyətinə, ağırlığına varılmadı. Bu qədər ucuzdurmu uşağın ölümü? Gözlədiyimizdən təxminlərimizdən də yüngül cəza təyin olundu. Heç azadlıqdan məhrum etmə ilə bağlı cəza istəmədilər”.

Xatırladaq ki, dövlət ittihamçısı keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib. Amma Abbasova ev dustaqlığında olduğu üçün prokuror 6 ay müddəti çıxılmaqla, yekun olaraq onun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi