Əlinə bıçaq alıb polisə tabe olmayan şəxs saxlanıldı - Video

eline-bicaq-alib-polise-tabe-olmayan-sexs-saxlanildi
Oxunma sayı: 7526

Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. 

Bakı şəhər BPİ mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Tovuz rayon sakini, 1997- cü il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci  maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.