Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda - Fotolar

elm-ve-tehsil-nazirliyinin-kollektivi-fexri-xiyabanda
Oxunma sayı: 298

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.