“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun gəlini Mehriban Şəmsəddinskaya rəssamlıqla məşğul olur və yaxın günlərdə gənc rəssamın sərgisi keçiriləcək. Sərgi sentyabrın 10-da Azərbaycan Rəssamlar İttifaqında baş tutacaq.
Elman Rüstəmovun gəlini hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında magistr təhsili alır. O, 10 ildən çoxdur ki, rəssamlıqla məşğuldur. Mehriban Şəmsəddinskaya 2010-cu il iyulun 3-də Elman Rüstəmovun oğlu Elçin Rüstəmovla ailə həyatı qurub. Cütlüyün Elman adlı bir oğulları var.
Qeyd edək ki, Mehriban Şəmsədinskaya Azərbaycanın tibb sahəsində tanınmış nəslin nümayəndəsidir. Görkəmli cərrah Musa Şəmsədinskinin nəticəsi, Əməkdar elm xadimi, Tibb Elmləri doktoru Naziyə Şəmsədinskayanın nəvəsidir.
Son xəbərlər
Son Xəbərlər