Elmar Məmmədyarovun atası dəfn edildi - Fotolar

elmar-memmedyarovun-atasi-defn-edildi
Oxunma sayı: 12986

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov II Fəxri xiyabanda dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, vida mərasimində AMEA Rəyasət Heyətinin üzvləri, çalışdığı Neft-Kimya Prosesləri İnstitutunun kollektivi, Akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri, eləcə də mərhum alimin ailə üzvləri iştirak ediblər.

Həmçinin oxuyun: 5 manata görə dünya çempionunu öldürdü, məhkəmədə hər şeyi danışdı

Alimin məzarı önünə Xarici İşlər Nazirliyinin rəhbərliyi və AMEA Rəyasət Heyəti və Neft-Kimya Prosesləri İnstitutu adından əklillər düzülüb.

Xatırladaq ki, akademik Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atası idi.

Həmçinin oxuyun: Elmar Məmmədyarovun atası vəfat etdi