Elnur Hüseynov finalda- - Yenilənib + Video

elnur-huseynov-finalda-
Oxunma sayı: 6565


“Qafqazinfo”nun məlumatına görə, Ebru Gündeşin komandasında yarışan Elnur bu dəfə Tofiq Quliyevin “Yalqızam” mahnısını səsləndirib. 

8 iştirakçı arasında gedən mübarizədə Elnur 6-lığa daxil ola bilib. Final uğrunda mübarizədə 6 nəfər növbəti ifalarını səsləndirəcəklər. Son turda 4 nəfər finala çıxacaq.

***

Elnur Hüseynovun yarımfinal mərhələsində ikinci çıxışı söz və musiqisi Sertap Erenerə məxsus “Vur yüreğim” mahnısı olub.  Sənətçi səsvermə nəticəsində finala vəsiqə qazana bilib.