Elşən Xəzərin saxlanılma xəbəri yayıldı - Özü danışdı

elsen-xezerin-saxlanilma-xeberi-yayildi
Oxunma sayı: 26357

Tanınmış meyxanaçı Elşən Xəzər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MOUZE telegram kanalı məlumat yayıb.

Onun İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı bildirilir.

***

Elşən Xəzər Globalinfo.az”a açıqlamasında bu məlumatı təkzib edib.

“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”, - deyə o bildirib.