“Təklif edirəm ki, Əmək Məcəlləsinə tıxacla əlaqədar işə gecikənlərlə bağlı maddə daxil edək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Həmçinin oxuyun: В США офицер-трансгендер и его жена-армянка обвиняются в шпионаже - Фото
Millət vəkili bildirib ki, Bakının ətraf bölgələrindən gələn insanlar bu problemi daha çox hiss edir: “İnsanlarımız işə gəlmək üçün 2 saat əvvəldən yola çıxır, işdən sonra isə evə çatmaq üçün 2 saat qət edirlər. Tıxaca görə 1 saat gecikmə məsələsi qanunvericilik səviyyəsində olmasa da, Nazirlər Kabinetinin qərarlarında əks olunsun ki, insanlar işə gecikməyə görə incədilməsin. Xüsusilə də qadınlarla bağlı ən azı bunun tətbiq olunması lazımdır”.
Eldar Tanrıverdi