Əməkdar müəllim qəzada öldü - Foto

emekdar-muellim-qezada-oldu
Oxunma sayı: 3807

Ağsu rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Daşdəmirbəyli kəndi ərazisində “VAZ 2121” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Bico kənd sakini olan sürücü, 1953-cü il təvəllüdlü Yaşar Qarayev aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, o, Ağsuda tanınmış ziyalılardan olub. Uzun müddət təhsil müəssisələrində rəhbər vəzifədə çalışan Y.Qarayev Əməkdar müəllim imiş.