Eminin tədbirində Baskov hovuza düşdü - Fotolar + Video

eminin-tedbirinde-baskov-hovuza-dusdu
Oxunma sayı: 8081

Müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə “JARA” Beynəlxalq musiqili yay festivalı çərçivəsində Moskvada konsert keçirilib.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, konsertdə Ani Lorak, Valeri Miladze, Nikolay Baskov kimi məşhur ulduzlar iştirak edib.

Gecənin ən yadda qalan hadisəsi isə müğənni N.Baskovun hovuza düşməsi olub.

Sənətçi hovuz kənarında rəqs edən Ani Lorak onu suya itələyib. Daha sonra rusiyalı ifaçı hovuzdan çıxaraq Ani Lorakı suya atmağa çalışıb, ancaq bacarmayıb.