Ən güclü klubların reytinqi - İlk “10-luq”

en-guclu-klublarin-reytinqi
Oxunma sayı: 2657

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 2024/25 mövsümü başa çatdıqdan sonra yenilənən siyahıya Madrid “Real”ı başçılıq edir.

İkinci pillədə “Mançester Siti”, üçüncü yerdə “Bavariya” qərarlaşıb.

Çempionlar Liqasının qalibi PSJ 5-ci pilləyə yüksəlib. Turnirin finalçısı “İnter” isə 9-cu yerdən 6-cı pilləyə qalxıb.

UEFA-nın ən yaxşı 10 klubu:

“Real” (İspaniya)

“Mançester Siti” (İngiltərə)

“Bavariya” (Almaniya) 

“Liverpul” (İngiltərə) 

PSJ (Fransa) 

“İnter” (İtaliya) 

“Çelsi” (İngiltərə) 

“Borussiya Dortmund” (Almaniya)

“Roma” (İtaliya)

“Barselona” (İspaniya)