Ən sürətli internet elan olundu

en-suretli-internet-elan-olundu
Oxunma sayı: 4287

İnternet sürətinin ölçülməsi və təhlili üzrə dünya lideri olan “Ookla” şirkəti Azərbaycanda mobil internetin sürətinə dair müstəqil araşdırmanın nəticələrini dərc edib. Bakcell şirkəti bütün əsas göstəricilər üzrə digər operatorları geridə qoyaraq ölkənin ən sürətli mobil operatoru adını qazanıb.

Tədqiqat 2022-ci ilin ilk yarımilliyi ərzində Azərbaycanda Speedtest® tətbiqinin istifadəçiləri tərəfindən aparılan ölçmələrə əsaslanır. Bu təhlilin metodologiyası bütün operatorlar üzrə ən obyektiv məlumat toplamağa imkan verir.

Bakcell uzun müddətdir ki, Azərbaycanda mobil internetin sürəti üzrə liderliyini qoruyur. Qeyd edək ki, təkcə bu il ərzində Bakcell bir sıra texnoloji yeniliklərə imza atıb. Şirkət tərəfindən ölkəmizdə ilk dəfə olaraq eSIM və VoLTE texnologiyaları istifadəyə verilib.