Bir ildə pensiyalar bu qədər artıb

bir-ilde-pensiyalar-bu-qeder-artib
Oxunma sayı: 489

2025-ci il 1 fevral tarixindən əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 manata çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Sənədə əsasən, əmək pensiyalarının orta aylıq məbləği 2025-ci il 1 yanvar tarixinə olan 496,6 manatdan 2026-cı ilin 1 yanvar tarixinə görə 542,6 manata yüksəlib.

Nuranə Daxilqızı