“Ən uğurlu işim özümə qəbir qazdırmağımdır”

en-ugurlu-isim-ozume-qebir-qazdirmagimdir
Oxunma sayı: 1870

“İki qız övladım var. Birinin 23, digərinin 19 yaşı var. Hələ toyları olmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağamirzə Məmmədov “Ay Zaur” proqramında qonaq olarkən deyib.  Məşhur meyxana ustadı verilişdə bildirib ki, ailənin bütün üzvləri göyərti əkməklə məşğuldur:

“Bizim ailədə bugünədək spirtli içki içilməyib. Bir dəfə qardaşımın boğazında problem yaranmışdı. Həkim məsləhət görmüşdü ki, araqla kompres etmək lazımdır. Atam demişdi ki, uşaq ölsə də, bu evdə spirtli içki olmayacaq. Atam dindar adam olub. 1 bacı və 5 qardaşıq. İndi də göyərti əkib satırlar. Hələ qardaşımlarından biri ailəsi ilə saat 9-dan sonra çölə çıxmır. 20 il bundan qabaq da, indi də yaxşı dolanır. Zəhmət çəkən insan ac qalmır”.

Bundan əlavə, sənətçi özü üçün qəbir hazırlatmasından da danışıb: “Yataq xəstəsi olmaqdan qorxuram. Başqasına əziyyət vermək çox pisdir. Allah məsləhət bilirsə, 10 yerə parçalanır. Özüm üçün qəbir qazdırmışam, üstünü də örtmüşəm. Bu dünyada ən uğurlu işim budur. Bu dünyada bir qəbir qazanmışam. Hər şey gəldi- gedərdi”.