“Ən yaxın zamanda Mehmetçik Azərbaycana gedəcək”

en-yaxin-zamanda-mehmetcik-azerbaycana-gedecek
Oxunma sayı: 5486

“Ən yaxın zamanda Mehmetçik vəzifəsini icra etmək üçün Azərbaycana gedəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında məlumat verib. 

O qeyd edib ki, məsələylə bağlı Quru Qoşunları Komandanlığı işini tamamlayıb: 

“Azərbaycana əsgər göndərilməsiylə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində təsdiq edildi. Artıq proseslər tamamlanıb. Hava qüvvələri də əsgərləri aparmaq üçün hazırdır”.