Ərdoğan AKP-dəki yerini ona verəcək - İddia

erdogan-akp-deki-yerini-ona-verecek
Oxunma sayı: 7037

Prezident Rəcəb Tayyib Ərdoğan AKP-dəki sədr postunu inandığı şəxsə ötürəcək.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir iddia siyasət dünyasını hərəkətə gətirib. İddialara görə, yeni sədr keçmiş Baş Nazir Binali Yıldırım ola bilər. Dəyişiklik qərarının AKP ilə Türkiyə Böyük Millət Məclisi (TBMM) arasında yaranan koordinasiya problemi və bu problemi aradan qaldırmaq üçün yeni düsturlar axtarışı səbəbindən verildiyi deyilir.

AKP heyəti isə hər hansı dəyişikliyin sistemdə mübahisələrə səbəb olacağını bildirir.