Ərdoğan CHP-nin Baş Qərargahında - Son 18 ildə ilk - Video - Yenilənib

erdogan-chp-nin-bas-qerargahinda
Oxunma sayı: 6436

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel arasında görüş keçiriləcək.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə 17:00-da CHP-nin Baş Qərargahında baş tutacaq. 

Bu, Ərdoğanın CHP-nin Baş Qərargahına son 18 ildə edəcəyi ilk belə səfər olacaq. Belə ki, Türkiyə lideri 2006-cı ildə CHP-nin o dövrdəki sədri Deniz Baykalı ziyarət etmişdi. 

Xatırladaq ki, Ərdoğanla Özel arasında ilk görüş mayın 2-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Baş Qərargahında keçirilmişdi.

*** 

“Hürriyet” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla CHP sədri Özgür Özel arasında görüş başlayıb.

Ö. Özel Türkiyə Prezidentini qapıda qarşılayıb.

***

Ərdoğanla Özel arasında danışıqlar 90 dəqiqə davam edib. Görüş mətbuata qapalı keçirilib.