Ərdoğan Orbanla görüşdü

erdogan-orbanla-gorusdu
Oxunma sayı: 1126

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Antalya Diplomatik Forumu çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“Görüş zamanı Türkiyə və Macarıstan münasibətləri, İsrail-Fələstin müharibəsi, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər və NATO-nun genişlənməsi prosesi müzakirə edilib”, - agentlik qeyd edib.

Ərdoğan bildirib ki, Türkiyə bütün münaqişələr kontekstində sülhün tərəfdarıdır və onun nizamlanmasına kömək etmək üçün qətiyyətli addımlar atmağa davam edəcək.