Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Oxunma sayı: 2567

“Azərbaycanın Zəngəzur layihəsini çox önəmli hesab edir və dəstəkləyirik. Açılması gözlənilən bu dəhliz bütün bölgə üçün çox önəmli bir imkan olacaq. Bu məsələ ilə əlaqədar an etibarilə Rusiya tərəfindən fikir ayrılığı və ya bu işi gecikdirmək niyyətinin olduğunu ehtimal etmirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakıda səfərdə olarkən jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, tam əksinə, Rusiya burada daha dəstəkləyici münasibət göstərir:

“Həm qardaşım İlham Əliyevin görüşləri var, həm də yaxınlarda cənab Putinlə ikitərəfli görüşüm olacaq. Ancaq əlbəttə ki, biz hazırda bir şeyə köklənmişik. O da 5 illik razılaşmadır. Bu 5 illik razılaşma ilə bu addımı atmaq istəyirik. Bu platforma məsələsidir. Bu platformaya rəhbərlik edəcək ölkələr olaraq Rusiya, Türkiyə, Azərbaycan və İran var. Bundan əlavə istəyirik ki, Gürcüstan və Ermənistan da bu platformada olsunlar. Rusiya bu işin alınmasını istəyir. Biz onsuz da istəyirik. Bildiyiniz kimi, bu yaxınlarda Gürcüstanın Baş naziri ölkəmizdə idi və onunla bu barədə danışdıq.

Xüsusi olaraq bu məsələləri ona bildirdim və mənə dedi ki, “bunun üzərində işləyək”. Onları bu əhvalla yola saldıq. Bu platformaya müsbət dəstək versələr, bölgənin çox sürətlə sabitləşəcəyini düşünürəm. Bu dəhliz əlbəttə ki, Azərbaycan üçün böyük imkanlar yaradacaqdır. Eynilə, bu, əlbəttə ki, Ermənistana da böyük üstünlüklər verəcək. Rusiyanın da bu məsələyə müsbət baxışı var.

Çünki bu vacib bir dəhliz, vacib bir xətdir. Ümid edirəm ki, bölgənin kənd təsərrüfatına çox ciddi bir sərvət qatacaq. Başqa sözlə, buranın kənd təsərrüfatı dəhlizi kimi nəfəs alacağına inanırıq”.