Erkin Qədirli seçkiyə gedir

Erkin Qədirli seçkiyə gedir
Oxunma sayı: 4830

“REAL Partiyasının üzvü Erkin Qədirli 9 fevral parlament seçkisində partiyanın namizədi kimi iştirak edib qalib gəlməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb. 

İ. Məmmədov əlavə edib ki, bu qərar kollektiv şəkildə qəbul edilib:

“Amma “REAL”ın qurucu üzvlərindən nə mənim, nə başqasının, nə də o cümlədən Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı ola bilməz. Bu haqqımızı kollektiv kimliyimizə həvalə etmişik və bu kollektiv kimliyimiz hansı qərar verəcəksə, onu icra etməliyik”.

O qeyd edib ki. buna Erkin Qədirlinin də, REAL-ın da siyasi nüfuzu zəmin yaradır: “Qərar qətidir, heç kim tərəfindən ləğv edilə, dəyişdirilə və ya təfsir oluna bilməz”.

Qeyd edək ki, “REAL”ın qurucularından olan Erkin Qədirli noyabrın 28-də yazdığı statusda parlament seçkilərinə qatılmaq istəmədiyini bildirmişdi. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi