Erməni əsgər silahla özünü vurub - Yenilənib

ermeni-esger-silahla-ozunu-vurub
Oxunma sayı: 2343

Ermənistan ordusunun əsgərinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir kİ, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, 2003-cü il təvəllüdlü Erik Qarsayan döş qəfəsindən aldığı güllə yarasından ölüb.

Onun meyiti ölkənin şimal-şərq sərhədindəki döyüş mövqeyində tapılıb.

***

Aparılan araşdırmalar zamanı məlum olub ki, Qarsayan avtomat silahdan özünə atəş açması nəticəsində ölüb. O, güllə yarası ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas edə bilməyiblər.