Ermənilərin qətlə yetirdiyi sürücüyə Elçin Quliyev medal veribmiş

Ermənilərin qətlə yetirdiyi sürücüyə Elçin Quliyev medal veribmiş
Oxunma sayı: 5262

Xəbər verdiyimiz kimi, ötən gün düşmən təxribatı nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorçu Səfərəli Abışov həlak olub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən mülki vətəndaş bu ilin aprel ayında Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Medalı ona Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev verib.