Ermənistan daha 2 hərbçisinin öldüyünü açıqladı

ermenistan-daha-2-herbcisinin-olduyunu-aciqladi
Oxunma sayı: 5314

Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı məlumatları açıqlamağa davam edir.

“Qafqazinfo” bildirir ki, bu barədə qurumun mətbuat katibi Şuşan Stepanyan sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, kiçik serjant Smbat G. Gabrielyan və kiçik serjant Grisha Vahani Matjosyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. 

Xatırladaq ki, daha əvvəl Ş.Stepanyan bildirmişdi ki, mayor Qaruş Ambartzumyan və kapitan Sos Elbakyan Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində atışma nəticəsində ölümcül yaralanaraq həlak olublar.