Ermənistan-Gürcüstan avtomobil yolu hər iki istiqamətdə bağlanıb

ermenistan-gurcustan-avtomobil-yolu-her-iki-istiqametde-baglanib
Oxunma sayı: 2674

Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb və bu səbəbdən Gürcüstana gedən dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Avtomobil Yolları İdarəsi məlumat yayıb.

Departamentdən verilən məlumata görə, güclü yağışlar nəticəsində yol zədələnib, sürücülərdən Gürcüstanla sərhədə getmək üçün başqa yollardan istifadə etmələri xahiş olunur.

Eyni zamanda sosial şəbəkələrin erməni seqmentində çayın sərhədə yaxın Alaverdi şəhərində yaşayış binalarını basdığını göstərən video yayılıb.