“Ermənistan islaholunmaz terror dövlətidir” - TBMM sədri

ermenistan-islaholunmaz-terror-dovletidir
Oxunma sayı: 3451

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatla bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, TBMM sədri Ermənistanın islaholunmaz terror dövləti olduğunu deyib:

“Mülki vətəndaşlara yönəlmiş son hücumlar göstərdi ki, Ermənistan təkcə Azərbaycana qarşı təhdid deyil, bütün bölgədə sülhə təhlükə yaradan islah olunmaz terror dövlətidir və baş verəcək bütün nəticələrin yeganə səbəbkarıdır. Türkiyə Azərbaycanın yanında bütün gücü ilə durmağa davam edəcək”.