“Ermənistan regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törədir”

ermenistan-regional-veziyyeti-gerginlesdirmek-istiqametinde-texribatlar-toredir
Oxunma sayı: 1880

Oktyabrın 13-də Prezident İlham Əliyevin Astanada İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırıb.

Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib.

Dövlət başçısı Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd edib.