Ermənistanda daha 18 nəfər koronavirusdan öldü

ermenistanda-daha-18-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1449

Ermənistanda son sutka ərzində daha 560 nəfərdə koronavirus aşkarlanıb, 18 pasiyent vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 20 268-ə, bu virusdan ölənlərin sayı isə 350-yə yüksəlib.

Hazırda aktiv xəstələrin sayı 10 916-dır.

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb.