Ermənistanda elektrik yarımstansiyasında yanğın olub

ermenistanda-elektrik-yarimstansiyasinda-yangin-olub
Oxunma sayı: 1135

Ermənistanın cənubunda Qafan şəhərində elektrik yarımstansiyasında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə xidməti yayıb. 

İlkin məlumata görə, yanğın yarımstansiyanın əsas transformatorlarından birində qeydə alınıb. 

Yanğının artıq lokallaşdırıldığı bildirilir.