Ermənistanda koronavirusa yoluxanların sayı artdı

ermenistanda-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 2399

Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 43 nəfər artaraq 1291-ə yüksəlib. “Qafqazinfo” “RiA Novosti”yə istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında bildirilir.

Qurumdan verilən məlumata görə, indiyədək 545 pasiyent sağalıb, 20 nəfər vəfat edib.

726 xəstənin müalicəsi davam etdirilir, 12 680-dən çox insan koronavirus testindən keçib.