Ermənistanın atdığı “İskəndər”in qalıqları Bakıda - Fotolar

ermenistanin-atdigi-iskenderin-qaliqlari-bakida
Oxunma sayı: 2693

Bu gün Bakıda İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları nümayiş olunub.

“Qafqazinfo” xəbər verir ki, “İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin nümayəndələri tərəfindən təqdim olunub.

ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov hazırda işğaldan azad olunan ərazilərdə axtarış tədbirlərinin davam etdiyini, indiyə qədər  1731 hektar ərazinin minalardan tam təmizləndiyini bildirib.

Fotolar: Trend