Ermənistanın KTMT PA-dakı nümayəndələri Belarus parlament seçkilərinə getmədi

ermenistanin-ktmt-pa-daki-numayendeleri-belarus-parlament-seckilerine-getmedi
Oxunma sayı: 1899

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasındakı nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində getməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) parlament assambleyasının bu tədbirdəki missiyasının koordinatoru Əlişir Ərbayevə istinadən məlumat yayıb.

“KTMT-dən Ermənistan istisna olmaqla, demək olar ki, bütün ölkələrdən müşahidəçilər var”, - o bildirib.