Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Vaqif Xaçatryanın səhhəti barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Nazir jurnalistlərə bildirib ki, Xaçatryan dərhal tibbi nəzarətə götürülüb:
“Vaqif Xaçatryan hazırda həkim müayinəsindən keçir və qohumları ilə görüşmək üçün hazırlıq görülür. Xaçatryanla qısa söhbət etdim və o, Ermənistana qayıtdığı üçün özünü yaxşı hiss etdiyini bildirib. Onun xroniki ürək xəstəliyi var, buna görə də əlavə testlər və müayinələr aparılacaq. Müalicənin növbəti mərhələsi ilə bağlı qərar həkimlərin rəyindən sonra veriləcək”.
Jurnalistlərin Xaçatryanın hər hansı cərrahi əməliyyat keçirib-keçirmədiyi barədə sualına isə nazir tibbi məxfiliyi əsas gətirərək cavab verməkdən imtina edib.
Xatırladaq ki, bu gün Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq Vaqif Xaçatryanla yanaşı, daha 3 erməniəsilli şəxsi – Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyanı Ermənistana təhvil verib.
Son xəbərlər
Son Xəbərlər