Əsəd qüvvələri bu dəfə fosfor qazıyla bombaladı - Ölən və yaralananlar var

esed-quvveleri-bu-defe-fosfor-qaziyla-bombaladi
Oxunma sayı: 633

Suriyada rejim qüvvələri İdlib şəhərinin Sarliam, Maarrat əl-Numan, Hbit və Əl-Şaqhr kəndlərinə fosfor qazlı hava hücumu təşkil ediblər.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, hücum zamanı ölən və yaralananların olduğu bildirilir.

Xatırladaq ki, aprelin 4-də İdlib şəhərinə xlor qazının atılması nəticəsində 100-dən çox insan ölüb, 500-dən çox insan zəhərlənib.