Əsirlikdən qayıdan 10 min hərbçi yenidən cəbhəyə göndərilir

esirlikden-qayidan-10-min-herbci-yeniden-cebheye-gonderilir
Oxunma sayı: 150

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı şəxsi heyətin kəskin çatışmazlığı fonunda Rusiya əsirliyindən qayıdan hərbçiləri yenidən cəbhə xəttinə göndərməyi planlaşdırır.

“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya güc strukturlarındakı mənbə məlumat yayıb.

Bildirilir ki, hazırda Ərazi Komandirlik və Səfərbərlik Mərkəzləri vasitəsilə potensial canlı qüvvənin sayı qiymətləndirilir. Açıq mənbələrin məlumatına görə, əsirlikdən qayıdanların sayı 10 min nəfərə qədər ola bilər ki, bu da Ukrayna ordusunun iki mexanikləşdirilmiş briqadasını tam bərpa etməyə imkan verir. Əsirlikdən dönən hərbçilərin doğmaları artıq mobil tətbiqlər vasitəsilə tibbi komissiyadan keçmək üçün yenidən çağırış vərəqələri aldıqlarını təsdiqləyiblər.

Eyni zamanda, sentyabrın 7-də Xarkov vilayətinin Volçansk şəhəri yaxınlığında mühasirəyə düşən 1,7 minə yaxın Ukrayna hərbçisinin ağır itkilər verdiyi, texnikanı ataraq təslim olduğu bildirilir.