Ankarada görüş keçirdilər - Fotolar - Yenilənib

ankarada-gorus-kecirdiler
Oxunma sayı: 996

Ankarada Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Hakan Fidanla Ceyhun Bayramov arasında ikitərəfli görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN yayıb.

Görüş Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.

***

Ceyhun Bayramov “X” hesabında görüşlə bağlı paylaşım edib.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan-Türkiyə əlaqələrinin gündəliyində duran məsələlər, TDT çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətləri nəzərdən keçirilib.

Həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.