Türkiyənin məşhur aparıcısı Esra Erol verilişində əsəb sarsıntısı keçirən və üzünün göstərilməsini istəməyən 18 yaşlı qıza qışqırdığına və onu canlı yayımda ifşa etdiyinə görə tənqid hədəfinə çevrilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elif adlı gənc qızın iki uşaq atası olan 40 yaşlı Kadir Akkoyunla münasibəti olub.
Studiyaya gələn Elif üzünün göstərilməsini istəməyib və ardından əsəb sarsıntısı keçirib. Buna baxmayaraq, qızın üzü efirdə göstərilib.
Buna görə də Esra Erol tənqid atəşinə tutulub. Həm sıravi vətəndaşlar, həm də tanınmış simalar sosial şəbəkə hesablarında aparıcının bu hərəkətini şiddətlə qınayıblar.
Məşhur aktrisa Hazal Kaya Esra Erola xitabən yazıb: “Sən kimsən ki, efirə çıxmaq istəməyən bir qadın üzərindən şou edirsən?”
Tanınmış jurnalist Ayşe Arman: “İzləyərkən qan beynimə sıçradı… Biz necə bu vəziyyətə gəldik! İnsanlığımızı nə vaxt itirdik! Ağlıma sığmır…”
Vəkil Tuba Torun: “Qorxunc. Qanım dondu. Esra Erolun etdiyi psixoloji şiddətdir”.
Məşhur aktrisa Bergüzar Korel isə Esra Erola dəstək olub: “Ötən gecə uşaqları yatızdırandan sonra dostumun proqramını izlədim… Və yaşanan qorxunc hadisədən sonra sənin üsyanının şahidi oldum. Proqramın bu hissəsini özündən istədim. Ana-atalar, bu sözləri eşidin… Yaxşı ki, varsan, qızıl qəlbli dostum”.




Son xəbərlər
Son Xəbərlər