“Etirazımdan sonra şəklimi içkinin üzərindən yığışdırdılar” - Topçu Vüsal

etirazimdan-sonra-seklimi-ickinin-uzerinden-yigisdirdilar
Oxunma sayı: 3072

“Döyüşlərdə topu baş tuşlayıcı kimi atırdım. Bu səhnə təsadüfi epizoddan yaranıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Vətən müharibəsində “Topçu” ləqəbi ilə tanınan Vüsal Şahkərimov modern.az saytına müsahibəsində müharibədən yayılmış məşhur fotosu ilə bağlı danışarkən deyib. O qeyd edib ki, sözügedən kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb:

“Həmin gün Müdafiə Nazirliyinin çəkiliş qrupu ərazidə həyata keçirilən döyüş taktikalarını çəkirdi. Hər bir əsgər üzərinə düşən missiyanı yerinə yetirməyə çalışırdı. Mənim də fikrim topu sərrast işlətməyimin yanında idi. Belə vaxtlarda nə çəkiliş qrupunun, nə də əsgərlərin bir-birinə yaxınlaşmağa icazəsi vardı. Elə bu anda belə bir maraqlı, təsadüfi epizod yarandı”.

V. Şahkərimov, həmçinin məşhur fotosunun ondan icazəsiz spirtli içkilərin üzərinə vurulmasına da münasibət bildirib. O qeyd edib ki, bundan xəbəri olanda dərhal etiraz edib:

“Həmin vaxt mən Qubadlı rayonunda idim, döyüş bitmişdi. Zəng edib mənə deyəndə, bildirdim ki, şəklimin spirtli içkilərdə olmasını istəmirəm. Etiraz edəndən sonra yığışdırdılar”.

Həmçinin oxuyun: Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - Foto

Topçu Vüsal müharibədən sonra... - Foto