Evlilik təklifini Parisdə aldı - Fotolar

Evlilik təklifini Parisdə aldı
Oxunma sayı: 7436

Türkiyəli müğənni və aktrisa Öykü Gürman beş ildir münasibətdə olduğu Fatih İçmelidən evlilik təklifi alıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Öykü Gürman konsert vermək üçün Fransanın paytaxtı Parisə yollanıb və burada sevgilisi ona sürpriz edərək evlilik təklif edib. 

39 yaşlı sənətçi öz sosial şəbəkə hesabında paylaşım edərək evlilik təklifinə “hə” dediyini bildirib. 

Qeyd edək ki, Ö.Gürman 2015-ci ildən 2016-ci ilə qədər türkiyəli məşhur müğənni və aktyor Yavuz Bingöl ilə evli olub. “Evlerinin Önü Boyalı Direk” mahnısı ilə bir çoxlarının sevgisini qazanan Ö.Gürman bir neçə film və seriallarda da rol alıb.