Əziz Əzizov Əmircan sakinləri ilə görüşdü - Fotolar

eziz-ezizov-emircan-sakinleri-ile-gorusdu
Oxunma sayı: 991

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Əmircan qəsəbəsində keçirib. “Qafqazinfo” xəbər verir ki, 150 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsinin iştirakı ilə 84 nömrəli məktəbin akt zalında reallaşan səyyar görüş-qəbulda Əziz Əzizov əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət edən qərarlar barədə ətraflı məlumat verərək dövlət başçısının bu istiqamətdə həyata keçirtdiyi tədbirlərin davamlı xarakter daşıdığını diqqətə çatdırıb.

Rayon rəhbəri bildirib ki, ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Əmircan qəsəbəsində təxminən 3 kilometr uzunluğunda olan Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev və Atamoğlan Rzayev küçələri yenidən qurulur. Qulu Quliyev və Tahir Bağırov küçələri asfalt vurulmasına hazırlanır. ehtiyac olan yerlərdə kanalizasiya və su şəbəkələri yenidən qurulur. Yeni Suraxanı qəsəbəsində bütün küçələr asfaltlanır, Qaraçuxur və Hövsan qəsəbələrində çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, liftləri yenilənir, həyətlər abadlaşdırılır.

Sakinlər rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Əziz Əzizova müraciət ediblər. Rayon rəhbəri sakinləri narahat edən qəsəbədaxili küçələrə asfalt örtüyünün vurulması ilə bağlı qaldırdıqları məsələnin həlli istiqamətində aparılan işləri diqqətə çatdırıb.