Faiq Ağayev Abbasla barışdı

faiq-agayev-abbasla-barisdi
Oxunma sayı: 646

Məlumatı dəqiqləşdirmək üçün Faiq Ağayevlə əlaqə saxladıq. Xalq artisti məlumatı təsdiqlədi. F. Ağayev Milli.Az xəbər portalına açıqlamasında bunları söylədi: "Həqiqətən barışıq olub. Yaxın dostlarımdan birinin övladının toy məclisində Abbas məni rəqsə dəvət etdi, mən də təbii ki, bu addımı hörmətlə qarşıladım. Toyda mən ifa edirdim. Abbas da məni rəqsə dəvət etdi, öpüşdük, görüşdük barışdıq.

Əslində sənət aləmində heç kimə küsülü qalmağı arzulamıram. Hər zaman da qeyd etmişəm ki, mən kinli insan deyiləm, kimsəyə qarşı nifrətim yoxdu. Əgər mənə qarşı bir addım atılırsa, mən ona 5 addım atmağı bacarıram. Abbasın səmimi olaraq mənimlə görüşməsini də alqışlayıram. O səmimiyyəti gördüyüm üçün mən də beşqat səmimi qarşılıq göstərdim. Əsas odur ki, qarşılıqlı hörmətimiz var. Barışmışıq. Onun mənə qarşı olan barışıq təşəbbüsünü da səmimiyyətlə, hörmətlə qarşıladım".