Faktiki hava açıqlandı - Yenilənib

faktiki-hava-aciqlandi
Oxunma sayı: 4423

“Hazırda müşahidə edilən güclü külək axşama doğru zəifləyəcək”.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 35 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”, - qurum rəsmisi əlavə edib.

***

Gülşad Məmmədova ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı hazırkı vəziyyəti şərh edib.

“Ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir.  Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir.

Naftalanda küləyin sürəti 28 m/s, Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”.

Onun sözlərinə görə, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.

***

Ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi tədricən zəifləyib.

Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçalada 23 m/s, Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ağdamda 16 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Xaltan, Şabran, Altıağac, Xaçmaz, Qubada yağış, Qusar (Laza), Qrız, Xınalıqda qar yağır.

***

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin 4 aprel saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi artıq zəifləyib.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 14 m/san, bölgələrdə isə 12-17 m/saniyədir.